[AZE] Rainy Neon — DevLog #1

AzDimension
2 min readJul 22, 2020

Hamıya salam. Bu gün sizinlə “Rainy Neon: Baku” ilə bağlı gələcək planlarımız barədə, onun yaradılması və indiki mərhələsindən danışmaq istərdik.

Oyunumuzla bağlı bütün şərhləri oxumaq qərarına gəldik və ümumən insanların oyunumuzun treylerini və orada nümayiş olanları bəyəndiyini gördük. Treylerdə oyunun müəyyən tərəflərindən narazılığını ifadə edən çoxlu şərhlər də oldu.

Onları qeyd etmək istərdik:

  1. Köhnəlmiş və o qədərdə keyfiyyətli olmayan oyun interfeysi (HUD)
  2. Köhnəlmiş və ya qeyri-real personajların animasiyası
  3. Oyun mexanikası kimi kiberpank elementlərinin olmaması
  4. Oyun kifayət qədər dinamik deyil
  5. VFX(vizual effektlər) kifayət qədər yaxşı deyil
  6. Oyunda kifayət qədər şaqulilik yoxdur

Qrafika ilə əlaqədar:

  1. Oyuna daha çox graffiti, sınmış şüşə, kir lazımdı
  2. Snayperin nişangahını daha çox kiberpunk tərzi ilə olmalıdı

Bütün bunların üzərində çalışacağıq. Ən çətin hissəsi maraqlı oyun mexanikası yaratmaqdır.

Bu yaxınlarda oyunumuza daha çox kontent əlavə etdik.

Mövcud vəziyyətini göstərən partlayıcı çəlləklər əlavə olunub.

Oyuna tüstü və partlayıcı qumbarası əlavə olunub.

Modellər Heydər Xan tərəfindən hazırlanmışdır

Növbəti 1–2 həftə ərzində oyunun multiplayer kodu, həmçinin əlavə oyun mexanikası üzərində işləyəcəyik.

Suallarınız və ya digər fikirləriniz varsa, Discorda qoşulun:

discord.gg/Rcb4xnu

Həm də oyunu Wishlist siyahısına əlavə etməyi unutmayın:

https://store.steampowered.com/app/1365510/Rainy_Neon_Baku/

--

--