Evade The Light — Oyun yaradılması #2

AzDimension
2 min readNov 22, 2022

Sizin üçün vacib, lakin təəssüf ki, kədərli xəbərimiz var. Oyunun sınaqları zamanı komandamız qənaətbəxş olmayan nəticələr əldə edib. Oyunumuzun əsasında olan konsepsiya və ideyalar dəyişməz olaraq qalır. Amma bu aspektlərin həyata keçirilməsi hələ də bizim standartların səviyyəsinə çatmır. AzDimenson Evade The Light-ı sevgi ilə yaradır və bizim üçün çox vacibdir ki hər bir oyunçu bunu hiss etsin.

Bu hələ son deyil. Oyunun yaradılması tam dayanmadı və heç vaxt dayanmayacaq. Əminik ki, gözləməyiniz öz bəhrəsini verəcək.

Heçnəyə baxmayaraq, yaxşı xəbərimiz var — sizə gələcək canavarlarımızın konseptlərini təqdim edirik

Ozirinks

Ozirinks baş rahib və Spavnerlərin hökmdarıdır. Güclü telepatik qabiliyyətləri ilə bir neçə tonluq obyektləri rahati qaldırmaq onun üçün problem deyil. Ozirinks bütün planeti tabe etdi və onun hakimiyyəti, bəlkə də, əbədi davam edəcək — hələ heç kim ona meydan oxumağa cəsarət edə bilmədi.

Şelxed

Şelxed — boyu 7–8 metrə çatan nəhəng bir məxluqdur. İncə ayaqlarının sizi aldatmasın — onu yerə yıxmaq asan olmayacaq. Şelxed-in zirehləri hətta iri çaplı güllələrə də dözümlüdür və o, həm uzaqdan, idarə olunan həşərat sürüsü ilə, həm də yaxın döyüşdə özünü müdafiə edə bilir — onun üçün sizi tozun içində tapdalama

Şelxed-in yeganə zəif yeri qarındır. Ancaq onu öldürməyə sizin kifayət qədər vaxtınız olacaqmı?

Langer

Langer, demək olar ki, görmək mümkün olmayan çox sürətli yırtıcılardır. Hücumdan yalnız bir saniyə qabaq onlar özlərini görsədir və tutmağından yayınmaq şansınız var.

--

--