Evade The Light — Oyun yaradılması #1

AzDimension
2 min readMay 26, 2021

Hamıya salam. Treylerimizi buraxdıqdan və ümumiyyətlə müsbət cavab aldıqdan sonra (https://www.youtube.com/watch?v=hBh_zaGMM2Y) Steam-də Early Access qoymadan əvvəl oyun üzərində ciddi işləməyə başladıq.

Xəritə. Oyunun dəqiq janrını təyin etdikdən sonra (qorxulu bir atmosferə sahib olan FPS), açıq bir dünya yaratmağa qərar verdik, çünki bu istədiyimizi etməyə imkan verəcək. Xəritənin təxmini prototipi.

Xəritə

Bu xəritədə missiyalar üçün nişanlar (həm əsas, həm də ikinci dərəcəli), əsas qəhramanın koordinatlarını və bunker(avadanlığı dəyişdirmək və oyunu saxlayamaq üçün) olacaq. Oyunda 3 zona etmək planlaşdırılır. Bir zonadan digərinə keçərkən xəritə də dəyişəcək.

Silah. Komandamız sual qarşısında qaldı — əgər qəhrəman yeni silah tapıb istifadə etdikdən sonra köhnəsinə qayıtmaq istəsə– onda nə etməlidir? Xəritə tez-tez yenilənir və qəhraman köhnə silahdan xeyli uzaqlaşa bilər. Vəziyyətdən ən yaxşı çıxış yolu stendlər yaratmaq olmuşdur.

Bunkerdə silah

Qəhrəman silahları yalnız bunkerdə dəyişdirə biləcək (güllələr açıq dünyada tapıla bilər) və özü ilə yalnız bir növ əsas silah gəzdirə biləcək. Bu limit oyunun balansı üçün yaradılıb.

Ratsiya. Oyun zamanı oyunçunun (canavarları istisna etməklə) heç kimlə görüşməməsinə baxmayaraq, onun tək gəzməyi pis fikirdir. Buna görə də qəhrəmanımızla ünsiyyət saxlayan bir personajı əlavə etmək qərarına gəldik. Bütün ünsiyyət ancaq ratsiya vasitəsi ilə olacaq. Beləcə biz həm büdcədən qənaət edirik, həm də oyun daha dinamik olur.

Ratsiyanın misalı

Oyunumuzu yaxşılaşdırmağa davam edəcəyik. İstəklər siyahınıza əlavə etməyinizi unutmamağınızı xahiş edirik:

--

--